IQNA

Amerikada Fələstin tərəfdarlarının həbsi

6:29 - April 22, 2024
Xəbər sayı: 3495820
İQNA - Nyu Yorkdakı Kolumbiya Universitetinin kampusunda 100-dən çox Fələstin tərəfdarı nümayişçi həbs edilib.

"İQNA", "Əl-Ğəd" saytına istinadən xəbər verir ki, bu hadisə, universitetin rektoru Nemət Minuş Şəfiqin polisin çərşənbə səhərindən nümayişçilərin onlarla çadırın qurulduğu düşərgəni toplamasına və nümayişçiləri həbs etməsinə icazə verməsindən sonra baş tutub.

Şəfiq, Kolumbiya kampusunun təhlükəsizliyi ilə bağlı ciddi narahatlığına görə NYPD-yə bu çadırları toplamaq səlahiyyəti verdiyini bildirdi.

O, həmçinin bildirib ki, nümayişçilər icazəsiz nümayiş keçirirlər və universitetin inzibati rəsmiləri ilə əlaqə saxlamaq istəmirlər.

Nyu-York meri Erik Adams bildirib ki, polis 108-dən çox nümayişçini həbs edib.

Kolumbiya Universiteti çadırlar quran və icazəsiz nümayişlər keçirən nümayişçilərin universitetdən uzaqlaşdırıldığını açıqlayıb.

Çərşənbə günü Konqresin komitəsi Kolumbiya Universitetinin prezidentini kampusda yəhudi tələbələri müdafiə etməməkdə ittiham edib.

Rektor cavab verdi ki, onlar mənəvi böhranla üzləşiblər və ehtiyat tədbirləri görürlər.

Kolumbiya Universitetində nümayişçilər Qəzzada daimi atəşkəs və ABŞ-ın İsrailə hərbi yardımına son qoyulmasını, həmçinin universitetdən İsrailin Qəzzaya hücumundan qazanc əldə edən şirkətlərə dəstəyi dayandırmasını tələb edirlər.

4211308

captcha