IQNA

İslam dünyası birlik içində çalışmalıdır

4:55 - April 17, 2024
Xəbər sayı: 3495799
İQNA - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim ibn Hamid Əl Sani ilə telefonla danışıb.

TRT News-un verdiyi məlumata görə, Türkiyə Cumhurbaşkanlığı Rabitə Müdirliyindən verilən açıqlamaya əsasən, görüşdə Türkiyə və Qətər əlaqələri, qlobal və regional problemlər, İsrailin Qəzzaya hücumları və humanitar vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, İsrailin vəhşi hücumlarını dayandırmaq və insanlığa qarşı törətdiyi cinayətlərə görə cəzalandırmaq üçün İslam dünyası birlik içində səylərini artırmalıdır.

Ərdoğan bildirib ki, bölgədə gərginliyin yayılmasının qarşısını almaq üçün İsraili mümkün qədər tez cilovlamaq və sağlam düşüncə ilə hərəkət etmək həyati əhəmiyyət kəsb edir.

Görüş zamanı prezident Ərdoğan və Qətər Əmiri Əl Sani bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.

captcha