IQNA

Hindular Məhərrəm ayinlərində iştirak edib

15:22 - August 22, 2021
Xəbər sayı: 3490572
Hindular onlara məxsus qədim bir məkan ki, "Allah Kuil" adlanır, əzadarlıq mərasimləri üçün təmizləyərək həmin məkanı işıqlar və parçalar ilə bəzəyiblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın bəzi kəndlərində yaşayan "hindu"lar (induist) şiə müsəlmanlara qatılaraq Aşura mərasimlərində iştirak ediblər.

NIE informasiya portalının məlumatına görə, Hindistanın Tamil Nadu əyalətinin "Thanjavur" şəhərinin yaxınlığında yerləşən Kasavalanadu Pudur kəndinin hinduları bu ilin Məhərrəm ayının Aşura əzadarlıqlarında şiələrə qoşularaq əzadarlıq ediblər və əzadarlıq mərasiminin keçirilməsinə kömək göstəriblər.

Hindistanın Kasavalanadu Pudur kəndinin hindu sakinləri Məhərrəm ayının ilk günündən Aşura mərasiminədək şiələrin əzadarlıq mərasimində iştirak ediblər.

Hindular onlara məxsus qədim bir məkan ki, "Allah Kuil" adlanır, əzadarlıq mərasimləri üçün təmizləyərək həmin məkanı işıqlar və parçalar ilə bəzəyiblər.

Bundan əlavə hindular ehsan yeməklərinin hazırlanması və ehtiyaclı ailələr arasında paylanılmasında da şiə əzadarlara kömək ediblər. / iqna

Teqlər: aşura ، hindistan ، hindu ، induist
captcha