IQNA

Fələstinli qaçqınların öz torpaqlarına qayıtmaq hüququndan heç vaxt geri çəkilməyəcəyik

18:54 - June 30, 2021
Xəbər sayı: 3490181
İsmayil Həniyyə deyib: "Bu döyüş müqavimət seçimi üstündə Fələstin xalqını ölkə daxilində və xaricində birləşdirdi və bütün Fələstinlilər müqavimətə öz dəstəklərini göstərdilər.
"7 milyon fələstinli qaçqının Fələstindəki ata-baba yurdlarına və öz şəhər və kəndlərinə geri dönmək istəməsi onların qanuni haqqıdır və biz onların bu qanuni hüquqlarını qorumaqdan heç  vaxt geri çəkilməyəcəyik . Bu məqsədimizə çatmaq üçün nə lazımdırsa edəcəyik."
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az"a xəbər verir ki, bunu Həmas İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə  Livandakı Fələstinli qruplarla görüşündə deyib. 
İsmayil Haniyə Qüds Qılıncının döyüşünə toxunaraq dedi: "Bu döyüş müqavimət seçimi üstündə Fələstin xalqını ölkə daxilində və xaricində birləşdirdi və bütün Fələstinlilər müqavimətə öz dəstəklərini göstərdilər. 
"Müqavimət indi bir çox üstünlüklərə sahibdir və işğalçılara qarşı geniş çəkindirmə vasitələri yarada bilib.”
O qeyd edib ki, biz Qəzza zolağını yenidən quracağıq. 
Qeyd edək ki, İ.Haniyə Livana səfər çərçivəsində bu ölkənin prezidenti, digər rəsmilər və  Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahla görüşüb. 
captcha