IQNA

Pakistan rəhbərliyi Hindistan müsəlmanlarına dəstəyinə görə Ali Dini Rəhbərə təşəkkür etdi

8:40 - March 07, 2020
Xəbər sayı: 3486851
Tehran (IQNA) - Pakistanın baş naziri İmran Xan İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullahul-üzma Seyid Əli Xameneiyə Hindistan müsəlmanlarına verdiyi dəstəyinə görə təşəkkür edib.

Pakistanın baş naziri İmran Xan Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneiyə Hindistan müsəlmanlarına verdiyi dəstəyinə görə təşəkkür edib.

İmran Xan martın 5-də Tvitter ilə verdiyi açıqlamada, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Hindistanda müsəlmanlara qarşı zülm və qətliama, eyni şəkildə Kəşmir xalqına qarşı zülmə son qoyulması üçün verdiyi bəyanatına görə təşəkkür edərək, belə deyib: “Təəssüf ki, çoxlu sayda İslam ölkəsi bu qətliamlar qarşısında sükut edib”.

Pakistan prezidenti Arif Alvi də Ali Dini Rəhbərə təşəkkür edən bir mesaj paylaşaraq belə deyib: “Pakistan İmam Xameneinin cavabını yüksək qiymətləndirir və bu təhlükəli məsələdə vahid bir mövqenin lazım olduğuna razı olduğunu bildirir. Nasist ekstremizmi və Myanma tarixini nəzərə alaraq, Hindistanın müsəlmanların soyqırımına doğru getdiyini söyləmək olar. Birlikdə dünyanın bu oyunu gözdən qaçırmasına imkan verməyəcəyik”.

3883560

3883454

قدردانی پاکستان از حمایت رهبر انقلاب از مسلمانان هند

captcha