IQNA

İran televiziyasında "Məhfil" Quran proqramının ən gözəl qiraəti

3:47 - April 10, 2024
Xəbər sayı: 3495766
İQNA – Gənc iranlı qari Salih Mehdizadə "Məhfil" proqramında iştirak edib və proqramın ən gözəl qiraətini ifa edib.

Verilən xəbərə görə, 11 yaşlı Quran hafizi Salih Mehdizadə müqəddəs Ramazan ayında İran televiziyasının üçüncü kanalında yayımlanan "Məhfil" proqramında oxuduğu qiraətlə bütün tamaşaçıları heyran edib.

İranın Rəşt şəhərindən olan Mehdizadə 6 yaşında Quranı əzbərləməyə başlayıb və 9 yaşında Quranı bütünlüklə əzbərləməyi bacarıb. Eynilə, Mustafa İsmayıl və Rağib Mustafa Qəlvəş kimi qarilərin qiraətlərini təqlid edə bilib.

Gənc qari və hafiz Məhəmməd Salih Mehdizadə "İnfitar" və "Təkvir" surələrindən ayələri gözəl oxudu.

4209129

kod
Teqlər: televiziya ، proqram ، iran ، ramazan ayı
captcha