IQNA

Şarcə Dini İşlər İdarəsi tərəfindən 180 min nüsxə Quran paylanıb

5:43 - April 04, 2024
Xəbər sayı: 3495737
İQNA – Şarcə Dini İşlər İdarəsi 180 min cild Qurani-Kərimin çap olunaraq paylandığını bildirib.

"İQNA", "Əl-Vətən" saytına istinadən xəbər verir ki, bu administrasiya bu aksiyanın Şeyx Xalid ibn Sultan ibn Məhəmməd Əl-Qasiminin ruhuna həsr olunduğunu bəyan edərək, Quran nüsxələrinin dövlət qurum və təşkilatlarına, ictimaiyyətə və Qurani-Kərimi əzbərləmə mərkəzlərinə paylanıldığını açıqlayıb.

Şarcə Dini İşlər İdarəsinin rəisi Abdulla Xəlifə Yəruf Əl Səbusi bu administrasiyanın gördüyü işləri yüksək qiymətləndirərək Qurani-Kərimin çapı diqqət və vasvasılığın, eləcə də Quran elmlərinin inkişafı üçün yeni texnologiyalardan istifadə edildiyini təqdirəlayiq biir məsələ kimi qeyd edib.

Əl-Səbusi deyib ki, paylanan Quranlar Osman Taha xətti ilə Həfs və Əsəm rəvayətində Quran tilavəti və elmləri üzrə ixtisaslaşmış insanların nəzarəti altında yazılıb.

Paylanılan Qurani-Kərim nüsxələrinin fərqləndirici xüsusiyyəti kağızın yüksək keyfiyyəti, müxtəlif rəng və ölçülərdə olması, cəmiyyətin bütün təbəqələrini cəlb etməsidir.

4208223

captcha