IQNA

İmam Əli (ə) İslam dünyasında Quran xəttatlığının təşəbbüskarıdır

4:12 - March 27, 2024
Xəbər sayı: 3495696
İQNA - İraq İslam sənəti tədqiqatçısı deyib: "Əmirəl-möminin İmam Əli (ə) İslam dünyasında Quran xəttatlığının təşəbbüskarı olmuşdur".

"İQNA"-nın 32-ci Beynəlxalq Qurani-Kərim sərgisinin xəbər qərargahına istinadən verdiyi məlumata görə, Əli Heydər Əl-Həsani Qurani-Kərimin yerini izah etmək üçün keçirilən iclasda İmam Əlinin (ə) müasir ərəb dünyasında Quran xəttatlığının inkişafındakı rolunun vacibliyini vurğulayıb.

Küveytin İslam İncəsənət Mərkəzinin keçmiş rəhbəri Fərid Əbdül-Rəhim Fulad Əli, Səudiyyə Ərəbistanından olan xəttat Əhməd Həsən Əbu Şərif və İraqda İslam sənəti üzrə tədqiqatçı, xəttat Əli Heydər Əl-Həsani tədbirin iştirakçıları arasında idi. Bu görüş, bazar ertəsi gecəsi sərginin beynəlxalq bölməsində keçirilib.

Həsani bu məclisdəki çıxışında dedi: "Kufi xəttatlığı dünyanın ən qədim xəttatlığından biridir ki, İmam Əlinin (ə) zamanında Kufədə yaranmışdır".

O, İraqı ərəb dünyasının xəttatlığının paytaxtı adlandırdı və izah etdi: Bu, İmam Əlinin (ə) varlığı ilə bağlı tarixi bir şərəfdir, çünki o, İslam dünyasında xəttatlığa başlayan ilk şəxsdir. Quran xəttatlığı Kufədən Bağdada, Bağdaddan isə başqa ölkələrə yayıldı.

İslam sənətlərinin bu tədqiqatçısı demişdir: "Teymurilər, Fatimilər və s. kimi sülalələr Quran xəttatlığının inkişafında və böyüməsində, Osmanlı dövlətinin də ərəb xətləri və xəttatlıq alətləri sahəsində böyük rolu olmuşdur".

Əl-Həsani çıxışının başqa bir hissəsində belə deyir: "1974-cü ildə ərəb dünyasında ilk Quran xəttatları dərnəyi İraqda yaradılmışdır və İraqda Ütbə Abbasiyyə və Ütbə Ələviyyə kimi xəttatlığa əməl edən mərkəzlər mövcuddur".

Əl-Həsani İraqda Qurani-Kərim yarışlarının əzbər, qiraət və xəttatlıq sahəsində aktiv olduğunu xatırladaraq dedi: "İraq Xəttatlar Dərnəyi yaranandan bəri İraqda bir çox milli və beynəlxalq sərgilər keçirmişik. Kufə şəhərində keçirilən beynəlxalq “Səfir” müsabiqəsini və İraqın Hüseyniyyəsinin təşkil etdiyi “Xatəmül-Ənbiya” müsabiqəsini qeyd etmək olar".

O əlavə edib: "İraqda Quran tədqiqatçıları ilə Quran sənətçiləri arasında ardıcıl əlaqələr var".

31-ci beynəlxalq Qurani-Kərim sərgisi mart ayının 20-də İmam Xomeyni (r.ə) müsəllasında başlayıb və aprel ayının 2-nə kimi davam edəcək.

4207126

captcha