"İQNA", Kərbəla Beynəlxalq Xəbər Agentliyinə istinadən xəbər verir ki, Kayrana Qurani-Kərim Akademiyası və Hindistan İslam Mədəniyyət Mərkəzi əməkdaşlıq çərçivəsində təşkil edilən 2024-cü il Hindistan Quran konfransından sonra belə bir bəyanat verib: "Uca Yaradan bəndələri arasında ayrı-seçkilik etmir. Quran təkcə müsəlmanlara deyil, bütün insanlara nazil olmuşdur. Quranda insanlığa xitab olunur. Bundan əlavə, bu müqəddəs kitab 21-ci əsrdə müsəlmanlar və qeyri-müsəlmanlar üçün bələdçi rolunu oynayır".
Hindistanın müftisi və Yeni Dehlidəki Qurani-Kərim Akademiyasının direktoru Şeyx Məhəmməd Əsar Əl-Şəmsi konfransdakı çıxışında Quranın hər yaşdan insanlar üçün bələdçi olduğunu bildirib və deyib: "Bu konfransı təşkil etməkdə məqsəd ondan ibarətdir ki, Quran sadəcə ayələri oxumaq və əzbərləməklə məhdudlaşmır. Məqsəd ayələrin üzərində düşünməyin və bu ilahi kitabı anlamanın ön planda olmasının lazım olduğunu ifadə etmək idi. Quran ayələri bəlaların kölgəsində yaşayan insanlar üçün ilahi nəsihətlərlə doludur".
4204511