IQNA

Hindistanda bir təşkilat tərəfindən müsəlmanlara qarşı yeni iddialar

11:42 - January 30, 2024
Xəbər sayı: 3495392
İQNA - Hindistanın baş nazirinin partiyasını dəstəkləyən bir hindu təşkilatı müsəlmanların hindu məbədlərinin xarabalıqları üzərində məscid tikməyə çalışdığını iddia edib.

"İQNA", "Ərəbi21" saytına istinadən xəbər verir ki, Milli Hindu Könüllü Təşkilatı (Rashtriya Swayamsevak Sangh) Hindistanda əvvəllər dağıdılmış hindu məbədlərinin xarabalıqları üzərində məscidlərin tikildiyini iddia edib.

Bütün bu iddialar ölkədə illərdir davam edən məzhəb qarşıdurmalarının göstəricisidir. İddialar hakim partiya Bharatiya Janata üçün ideoloji ilham olduğu düşünülən bir təşkilatdan gəlib.

Hindistanın şimalındakı Ayodhya şəhərində böyük Ram məbədinin rəsmi açılışından cəmi bir neçə gün keçir. Əvvəllər məscid olan bu yer 1992-ci ildə hindu qruplaşması tərəfindən sökülüb.

Bu yeni iddialar Hindistandakı məscidlər üçün təhlükə yarada bilər. Və bu, firqələr arasında qarşıdurmanı artıra bilər.

Bununla bağlı bir qrup hindistanlı hüquqşünas iddia edib ki, Hindistan Arxeoloji Araşdırmalar Mərkəzinin apardığı araşdırmalar nəticəsində Uttar Pradeş ştatında hindu məbədinin yerində tikilmiş məscidin 17-ci əsrə aid olduğunu müəyyən edib.

Bu arada, müsəlman qrupların vəkilləri Benares kimi tanınan Varanasi şəhərində şikayət ərizəsində hindu vəkillərinin iddialarına etiraz ediblər.

4196496

captcha