IQNA

Qəzzada müharibə, İspaniyada İslamın yüksəlişi

7:41 - January 20, 2024
Xəbər sayı: 3495324
İQNA – Sionist rejimin Qəzzanın müdafiəsiz əhalisinə qarşı törətdiyi cinayətlər nəticəsində qərbli gənclər müsəlmanların dini inanclarını öyrənməyə maraq göstəriblər.

"İQNA", "Golistan News TV"-yə istinadən xəbər verir ki, gənclər Quranın qadın hüquqları, ətraf mühit və zülmlə mübarizə kimi məsələlərə yanaşmasını öyrənərək İslama üz tuturlar. Qəzzada davam edən müharibə səbəbindən ispan xalqının İslama marağı artdı və əksəriyyəti İslama üz tutdu.

İspaniya İslam Cəmiyyətinin və Qranada Məscidi Vəqfinin rəhbəri Ömər del Puzo Fələstin məsələsinin insanların beynində suallar doğurduğunu bildirib.

Puzo, Əndəlüsün cənub bölgəsindəki bir məsciddə hər həftə bir və ya iki yeni müsəlmanın və gənclərin İslama yönəlmə meylinin şahidi olduğunu söylədi.

Bundan əlavə, Del Puzo qeyd edib ki, Fələstin məsələsi artıq İslam haqqında nəsə bilənlər arasında müsəlmanlara rəğbət yaradır. O, İsrailin yalanlarını və ədalətsiz hücumunu gördükləri üçün həm öz zehnlərində, həm də ətrafdakı insanlardan daha çox sual verməyə başladıqlarını ifadə etdi.

Qranadada Fələstinə dəstək üçün çoxlu nümayişlər keçirildiyini bildirən Del Puzo, İslamı öyrənmək istəyənlərin təkcə Qranada ilə məhdudlaşmadığını, bütün Avropa xalqının bu mövzuda səsini ucaltdığını da sözlərinə əlavə etdi.

Qırnada və ya Qranadada 37 min müsəlman, İspaniyada isə təxminən 3 milyon müsəlman yaşayır ki, onların əksəriyyəti Mərakeş, Pakistan, Banqladeş, Seneqal və Əlcəzair əsillidir. Onlar əsasən Kataloniya, Valensiya, Andalusiya və Madriddə yaşayırlar.

4194399

captcha