IQNA

Arakanlı müsəlmanların aclıq və təhlükəsizlikdən əziyyət çəkməsi

15:37 - December 26, 2023
Xəbər sayı: 3495183
İQNA – Banqladeş düşərgələrində yaşayan Rohinca müsəlman qaçqınları aclıq və təhlükəsizlikdən əziyyət çəkirlər.

"İQNA", "Euro News"-a istinadən xəbər verir ki, Banqladeş düşərgələrində Rohinca qaçqınlarına qarşı artan zorakılıq daha çox qaçqının İndoneziya və ya Malayziyaya getmək üçün dəniz yolu ilə təhlükəli səyahətlər etməsinə səbəb olur.

Myanmanın təqiblərindən qaçan təxminən bir milyon Rohinca insanı qaçqın düşərgələrində həyat şəraitinin pisləşməsi, qida çatışmazlığı və zorakılıq aktlarının artması onların həyatını daha da çətinləşdirir.

Düşərgələrdə narkotik alveri ilə məşğul olan dəstələrlə qarşıdurmalar və fidyə müqabilində adam oğurluğu adi hala çevrilib. Polis bu il 60-dan çox rohincalının öldürüldüyünü bildirir.

Arakanlı 27 yaşlı fəal Seyf Əl-Ərkani bildirib ki, Rohinca xalqı düşərgələrdə və quldurların fəaliyyət göstərdiyi yerlərdə yaşamaqdan yorulub.

4189952

captcha