IQNA

Hindistanın ən böyük məscidinin tikintisi layihəsi başlayıb

1:41 - October 14, 2023
Xəbər sayı: 3494864
DEHLİ (IQNA) – Hindistanın Babri məscidini əvəzləməsi nəzərdə tutulan ən böyük məscidin tikintisi layihəsi bu ölkənin müsəlman alimlərinin iştirakı ilə başlayıb.

"İQNA", "Newslive"-a istinadən xəbər verir ki, Uttar Pradeş ştatında Hindistanın ən böyük məscidinin təməl daşı qoyulub.

Bu tədbirdə Uttar-Pradeşdən olan bir qrup müsəlman lider və Hindistan Əhli-Sünnə Vəqf İdarəsinin rəhbəri Zəfər Farukinin iştirakı nəzərdə tutulur. Bu məscidin tikintisi Ali Məhkəmənin qərarından sonra Ayodhyadakı torpağı təhvil verməklə mümkün olub.

Bildirilir ki, bu məscidin adının Məhəmməd peyğəmbərin (s) olması nəzərdə tutulur və məscidin şəkli rəsmi olaraq açılacaq.

Bu məscid, məscidlərin ənənəvi dizaynından fərqli olacaq. Bu məscidin memarı Əxtər Hind-İslam Mədəniyyəti Fondunun (IICF) dəstəyi ilə kosmosda Yer planetini xatırladan günbəzsiz, minarəsiz və tağsız bu məscidin layihəsini hazırlayıb. Bu kompleks Zanipur kəndində yerləşir. Onun düzbucaqlı planına ixtisaslaşdırılmış xəstəxana, icma mətbəxi və ziyarətgahın yaxınlığında çoxmərtəbəli muzey daxildir.

4174792

captcha