IQNA

Hindistanın Əligarh Universitetində Quran üzrə seminar keçirilir

19:37 - March 05, 2023
Xəbər sayı: 3493801
Hindistanın Əligarh İslam Universitetində “20-ci əsr yarımadasında Quran araşdırmaları” adlı iki günlük seminar keçirilir.

"İQNA", "Indiaeducationdiary"-ə istinadən xəbər verir ki, Dünən, martın 4-də Əligarh İslam Universitetində İslam elmləri ustadlarının iştirakı ilə iki günlük seminar işə başlayıb.

“20-ci əsr yarımadasında Quran araşdırmaları” adlı bu seminar bu universitetin Sünni İlahiyyat Departamenti tərəfindən təşkil olunub.

Bu universitetin rəhbəri Tariq Mənsur bu seminarda deyib ki, hər hansı mətni başa düşmək üçün onun keçmişini və müəllifin və ya məruzəçinin niyyətini bilmək lazımdır. Necə ki, Quran ayələri və ona aid olan təfsir və elmlərə toxunmazdan əvvəl onların məzmununu bilmək lazımdır.

O, əlavə edib: "Bütün elmi ixtiralar və ya alimlərin ifadələri Quran ayələrinə aid edilə bilməz, çünki elm dəyişməyə məruz qalır, Quran isə hər hansı dəyişiklikdən uzaqdır".

Bu universitetin ilahiyyat fakültəsinin rəhbəri Tuğr Ələm Fəlahi qonaqları salamlayarkən açılış nitqi ilə Quranı hidayət kitabı və vəhy kitabı kimi qiymətləndirdi və əlavə etdi: "Müsəlman alimlərindən əlavə, bir sıra şərqşünaslar Quran tədqiqatlarına da özlərinə məxsus şəkildə xidmət etdilər və bu seminarın məqsədi Quranı anlamaq üçün onların xidmətini təqdim etməkdir".

4126067

captcha