IQNA

Ciddədə Özbəkistanın İslam tarixi abidələrinin sərgisi keçirilib

11:11 - March 02, 2023
Xəbər sayı: 3493777
Ciddədə iki ildən bir keçirilən İslam incəsənəti sərgisində Özbəkistandan bir sıra nadir İslam əsərləri, o cümlədən qədim əlyazmalar və digər tarixi əsərlər nümayiş etdirilib.

"İQNA", "Ərəbnews"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki İslam incəsənət qalereyasının tutqun salonları ziyarətçilərin onlarla nüfuzlu qurumların və İslam ölkələrinin qədim əsərlərini görmələrini təmin edib.

Bu işlərin ən mühümlərindən bəziləri Özbəkistandan gələn bir sıra nəfis tarixi obyektlər və əsərlərdir ki, onlardan bəziləri ilk dəfə sərgilənir. Bu əsərlərə İslam tarixində həmişə mühüm yer tutan bu Orta Asiya ölkəsində toxunmuş toxuculuq xəzinəsi ilə yanaşı, bir neçə tarixi müshəf (Quran nüsxəsi) də daxildir

4125060

captcha