İQNA, "Press & Guide"-a istinadən xəbər verir ki, Miçiqan ştatının Dirborn şəhərindəki müsəlman polis məmuru məsuliyyətinə və cəsarətinə görə ilin polis zabiti seçilib.
Əli Həmka leytenant Ceyson Skozillas ilə birlikdə Miçiqan Polis Məmurları Assosiasiyasının (POAM) Şərəf Medalını alıb.
Bu iftixar xidmət etdikləri cəmiyyəti qorumaq üçün həyatlarını qorxmadan riskə atmış şəxslərə verilir.
Həmka bu şərəfi ötən ilin fevralında Əl-Huda İslam Dərnəyində baş verən yanğın zamanı etdiyi hərəkətlərə görə alıb.