IQNA

İndoneziyada halal məhsullar üçün yeni sertifikat tətbiq edilib

16:09 - March 14, 2022
Xəbər sayı: 3491918
İndoneziyanın Dini İşlər Naziri ölkədə halal məhsulları təmsil edən və əvvəlki loqonu əvəz edəcək yeni etiket təqdim edib.

"İQNA", "Cakarta Globe"-ə istinadən xəbər verir ki, İndoneziyanın Dini İşlər Naziri Yaqut Çulil Qumas İndoneziya Üləmalar Şurasının təqdim etdiyi halal məhsulların hazırkı loqosunun hökumət tərəfindən etibarsız sayılacağını açıqlayıb.

İndoneziya prezidenti Coko Cokovi Vidodonun hökuməti 2014-cü ildə dünyanın ən çox müsəlman əhalisi olan ölkədə hakimiyyətə gəldikdən bəri yeni halal qaydaları üzərində işləyir.

Cokovi hökuməti hökumət tərəfindən tam nəzarət edilən yeni halal qaydalarına hüquqi əsas vermək məqsədilə 17 oktyabr 2014-cü ildə Halal Məhsulların Zəmanəti haqqında Qanunu qəbul edib.

Lakin o, 2019-cu ildə ikinci dəfə qalib gələndə hökumət qida, içki və heyvan kəsimi üçün beş illik məcburi sertifikatlaşdırma dövrünə başladı. 17 oktyabr 2024-cü il tarixindən sonra İndoneziyada bütün ərzaq, içkilər, ət və quş əti satışı 2014-cü il qanununa uyğun olmalıdır.

Ötən il hökumət dərman, kosmetika və köhnəlmiş məhsulların məcburi sertifikatlaşdırılması üçün daha 5 il müddət təyin etmişdi.

4042787

captcha