IQNA

İslam irsinin qorunmasında Misir və Özbəkistan arasında əməkdaşlıq

10:10 - March 12, 2022
Xəbər sayı: 3491899
Əl-Əzhərin Şeyxi ilə Özbəkistan Respublikasının Misirdəki səfiri arasında keçirilən görüşdə tərəflər İslam irsinin qorunması sahəsində birgə əməkdaşlığı gücləndirmək yollarını müzakirə ediblər.

"İQNA", "Əl-Vifd"-ə istinadən xəbər verir ki, Əl-Əzhərin Şeyxi Şeyx Əhməd Əl-Tayyib və Özbəkistan Respublikasının səfiri Mənsur Bek Qaliçev Qahirədə Əl-Əzhər və Özbəkistan arasında birgə əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.

Şeyx Əhməd ət-Tayyib Özbəkistan hökumətini elmə və İslam irsinin qorunmasına göstərdiyi böyük diqqətinə görə təşəkkür edib. Həmçinin o, Əl-Əzhər və Özbəkistan arasında geniş əlaqələri də yüksək qiymətləndirib. O, eyni zamanda ümumi məqsədlərə nail olmaq üçün bu sahədə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb.

Digər tərəfdən, Mənsur Bek Qaliçev də Özbəkistanın Əl-Əzhərin sülh və dialoq kimi dəyərləri yaymaq səylərini təqdir etdiyini bildirib. Həmçinin iki tərəf arasında elmi əlaqələrin davam etdirildiyini və İslam irsinin qorunmasında Misirin elmi təcrübələrindən faydalandığını vurğulayıb.

4041994

Teqlər: İslam ، irs ، misir ، özbəkistan ، əməkdaşlıq
captcha