IQNA

İslam startapı 1 milyon dollar sərmayə toplayıb

10:57 - February 26, 2022
Xəbər sayı: 3491810
İslam maliyyə qanunlarına uyğun olaraq "İndi al, sonra ödə" xidmətləri göstərən Özbəkistan şirkəti, 1 milyon dollardan çox vəsait toplayıb.

"İQNA", "Reuters"-ə istinadən xəbər verir ki, İMAN adlı startapın təsisçiləri Özbəkistanın əsasən müsəlman əhalisi arasında halal məhsulların güclü populyarlığından yararlanmaq və sonra biznes modelini Pakistan kimi digər ölkələrdə də təkrarlamaq istədiklərini bildiriblər.

İMAN-ın təsisçisi və baş maliyyə direktoru Mark Zubov oxşar xidmətlər təklif edən Klarna adlı İsveç fintech şirkətinə işarə edərək deyib: "Məqsədimiz həlledici "Klarna" hazırlamaqdır."

"Klarna", 2000-ci ildə elektron ticarət sahəsində ödəniş və satınalma xidmətləri göstərmək məqsədi ilə yaradılmış İsveç maliyyə xidmətləri şirkətidir.

4038094

captcha