İQNA, "AFP"-yə istinadən xəbər verir ki, ABŞ Ali Məhkəməsi, federal polisin məsciddə casusluq etməsi ilə bağlı işə baxır.
Kaliforniya ştatının Los-Anceles şəhərindəki Orinc dairəsi məscidinin imamı da daxil olmaqla üç nəfər, məsciddə casusluq etdiyi üçün ABŞ Federal Polisini məhkəməyə verib. ABŞ Ali Məhkəməsi işə bu gün, bazar ertəsi baxmalıdır.
Üç müsəlman, 2001-ci ildən bəri FBİ casusluğunun hədəfi olduqlarını deyirlər. Bu casusluqlar yalnız onların dinlərinə xatir idi.
FTB, həmçinin 2007-ci ildə Orinc dairəsinin məscidlərinə öz adamlarını göndərərək, bəzi müsəlmanları öz dinlərini tərk etməyə və polisə casusluq etməyə məcbur etməkdə günahlandırılır.
Yeddi il əvvəl “Faruq Əl-Əziz” ləqəbli Kreyq Montiel açıqlamışdı ki, FBİ, mənə Cənubi Kaliforniyadakı Los-Anceles və Orinc dairəsinin məscidlərinə girib, müsəlmanların şəxsi məlumatlarını onlara verməyim üçün pul ödəmişdi.