IQNA

İspaniya məktəblərində hicab qadağası

12:18 - November 07, 2021
Xəbər sayı: 3491150
Əl-Əzhər, İspaniyada bir məktəbin müsəlman şagirdin məktəbdə hicab taxmasını qadağan edən qərarını irqçi və sosial həmrəylik üçün təhlükəli adlandırıb.

İQNA, "Ərəbi 21"-ə istinadən xəbər verir ki, Əl-Əzhər, İspaniyada bir məktəbin müsəlman şagirdin hicaba riayət etməsinə qadağa qoyması qərarını və hicaba riayət edəcəyi təqdirdə onu məktəbdən qovacağı ilə hədələməsini pisləyib.

Əl-Əzhər, İspaniyadakı məktəbin bu hərəkətinin nəticələrini izləydiyini təsdiqləyərək deyib: Bu cür qərarlar, birgəyaşayış və ictimai həmrəylik üçün təhlükəlidir. Çünki məktəblərdə müsəlmanlara qarşı verilən bu qərar bir növ irqçilik və ayrı-seçkilikdir.

İspaniyanın Periodico CLM qəzetinin verdiyi xəbərə əsasən, bir sıra vətəndaşlar, müsəlman şagirdlə həmrəylik nümayiş etdirmək üçün məktəbin yaxınlığında toplaşıb, pankartlar qaldırıb və şüarlar səsləndirərək müsəlmanlara qarşı edilən ayrı-seçkiliyi pisləyiblər.
Onlar, "Hicab, ağılı yox, saçı örtür" şüarları səsləndiriblər. Lakin etirazlar, məktəbi verdiyi qərardan geri addım atmağa sövq etməyib.

Şagirdin anası, məktəbin verdiyi qərara narazılığını bildirərək deyib ki, Uşağının hicaba əlaqəsi var. Hicabının açdırılması ona mənfi psixoloji təsirlər göstərəcək.

4011024

captcha