IQNA

Müsəlmanların hazırladığı cizgi filmi satış rekordu qırır

20:59 - October 29, 2021
Xəbər sayı: 3491084
İndoneziyada hazırlanan “Nussa” adlı animasiya filmi 2 həftədən də az müddət ərzində 100 mindən çox bilet satışı edə bilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, İndoneziyada hazırlanan “Nussa” adlı animasiya filmi 2 həftədən də az müddət ərzində 100 mindən çox bilet satışı edə bilib.

Prodüsserlərin sözlərinə görə, əgər ölkədə pandemiya səbəbi ilə kinoteatrlara məhdudiyyətlər tətbiq edilmiş olmasa idi, bilet satışları lap çox olardı.

Hələ 2019-cu ildə hazırlanmış “Nussa” əxlaqi-mənəvi və marifləndirici məzmunludur.

2019-cu ildə İndoneziyada keçirilmiş kinofestivalda o, ən yaxşı cizgi film mükafatına layiq görülüb.

2020-ci ildə Cənubi Koreyada keçirilmiş “Beyfan” beynəlxalq kinofestivalında isə ən yaxşı ailəvi film nominasiyasında 1-ci yeri tutub.

Animasiya filmində 2 uşaqdan danışılır – Nussa adlı oğlan və onun bacısı Rarradan.

Cizgi filminin hazırlanmasında yüksək texnologiyalardan, onun personajlarının səsləndirilməsində isə 18 artistin səsindən istifadə edilib.

captcha