IQNA

UNICEF İsrailin Qəzzaya hücumunda şəhid olan uşaqların sayını açıqlayıb

18:19 - May 21, 2021
Xəbər sayı: 3489872
BMT-nin Uşaq Fondu təcavüzkar İsrailin 11 gün ərzində Qəzzaya hücumunda şəhid olan uşaqların sayının 65-ə çatdığını bildirib. Bu barədə UNİCEF bəyanat verib.
BMT-nin Uşaq Fondu təcavüzkar İsrailin 11 gün ərzində Qəzzaya hücumunda şəhid olan  uşaqların sayının 65-ə çatdığını bildirib.
Maide.Az xəbər verir ki, bu barədə UNİCEF bəyanat verib.
Təşkilat bildirib ki, bu gün sübh dağıntılar altından daha iki uşağın cənazəsinin çıxması ilə şəhid olan uşaqların sayının 65-ə yüksəldiyi məlum edilib.
Təşkilat bu müddət ərzində 107 min nəfərin evlərindən didərgin düşdüyünü əlavə edib. UNİCEF evlərini təkr etməyə məcbur qalan ailələrin sayının 9 min olduğunu bəyan edib.
Həmçinin bildirilib ki, Qəzzaya hücum nəticəsində burada yerləşən məktəblərdən 50-i, xəstəxana və tibb məntəqələrindən 20-i tamamilə və ya qismən dağılıb. Əlavə edilib ki, Qəzzanın su şəbəkəsinin 50 faizi sıradan çıxıb.
Qeyd edək ki, bu hücumda şəhid olan fələstinlilərin  ümumi sayı 235-a çatıb.
captcha