IQNA

UNICEF: 'Qəzzada uşaqlar üçün təhlükəsiz yer yoxdur'

10:32 - May 19, 2021
Xəbər sayı: 3489851
UNICEF-in səlahiyətli rəsmisi, Qəzza zolağının heç bir hissəsinin uşaqlar üçün təhlükəsiz yerin olmadığını və uşaqların münaqişədən ən çox təsirləndiklərini söyləyib.
UNICEF-in Qərbi Asiya və Şimali Afrikada əlaqələr üzrə əməkdaşı Culietta Toma vəziyyətin ağır olduğunu qeyd edərək, Qəzza zolağında yalnız beş gündə ən azı 40 uşağın öldürüldüyünü deyib.
 
UNICEF sözçüsü son günlər Qəzza zolağındakı 30-dan çox məktəbə dəyən ziyana toxunaraq, uşaqlaqrın Qəzzada hər zaman qorunması lazım olsa da, hazırda uşaqlar üçün təhlükəsiz yerlərin olmadığını bildirib.
 
“Şiddət həll yolu deyil. Şiddət yalnız daha çox şiddətə səbəb olur. Bu, uşaqların hamıdan çox əziyyət çəkməsi deməkdir”, - deyə UNICEF sözçüsü əlavə olaraq bildirib.
 
Qeyd edək ki, Qəzzada 61-i uşaq, 16 qoca və 36 -ı qadın olmaqla şəhid olanların sayının 213-ə, yaralıların sayının 1442-ə yüksəlib.
Teqlər: unİcef ، qəzza ، fələstin
captcha