IQNA

Ənsarullah: “Mühasirənin ləğvi üçün heç bir siyasi və ya hərbi şərti qəbul etmirik”

8:51 - March 25, 2021
Xəbər sayı: 3489500
Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam bildirib ki, ölkəsinə qarşı mühasirəsinin ləğvinin siyasi və ya hərbi məsələlərlə əlaqələndirilməməlidir.

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam bildirib ki, ölkəsinə qarşı mühasirəsinin ləğvinin siyasi və ya hərbi məsələlərlə əlaqələndirilməməlidir.

Səna hökumətinin danışıqlar qrupunun rəhbəri olan Məhəmməd Əbdüs-Salam Tvitter səhifəsində verdiyi açıqlamada belə qeyd edib: “Neft məhsulları, qida və tibbi avadanlıqların gətirilməsi Yəmən xalqı üçün humanitar və qanuni ehtiyacdır və mühasirənin qaldırılmasının hər hansı bir hərbi və ya siyasi şərtlə edilməsini heç vaxt qəbul etmərik”.

Ənsarullahın sözçüsü bu yaxınlarda da Səna Hava Limanı və Əl-Hudeyda limanının yenidən açılması kimi bir insan haqqının siyasi və hərbi məsələlərdən ayrılmalı olduğunu bildirmişdi: “Yəmən vətəndaşlarına yardımın dayandırılması üçün heç bir əsas yoxdur”. / iqna

captcha