IQNA

Özbəkistan məscidləri ibadət üçün açıldı

9:05 - August 18, 2020
Xəbər sayı: 3487913
Tehran (IQNA) - Qazaxıstan və Orta Asiya Müsəlmanlarının Dini və Mənəvi İşlər Təşkilatı koronavirusa görə beş aylıq tətildən sonra Özbəkistan məscidlərinin açılmasına icazə verib.

Qazaxıstan və Orta Asiya Müsəlmanlarının Dini və Mənəvi İşlər Təşkilatı koronavirusa görə beş aylıq tətildən sonra Özbəkistan məscidlərinin açılmasına icazə verib.

Bu təşkilat Özbəkistan məscidlərində müsəlmanların fərdi şəkildə və camaatla namaz qılınmasına icazə verib.

SADUM (Qazaxıstan və Orta Asiya Müsəlmanlarının Dini və Mənəvi İşlər Təşkilatı) beş ay öncə Qazaxıstan və Orta Asiyada koronavirusun yayılması səbəbi ilə məscidlərin bağlanması göstərişini vermişdi.

Özbəkistanda koronavirusa yoluxmanın sayının azalması nəticəsində yenidən məscidlərin açılmasına sanitariya protokollarına (sosial məsafəni saxlamaq, maska vurmaq və dezinfeksiya etmək) əməl etməklə şərti ilə təşkilat tərəfindən icazə verilib.

Qeyd edək ki, Qazaxıstan və Orta Asiya Müsəlmanlarının Dini və Mənəvi İşlər Təşkilatı (Spiritual Administration of the Muslims of Central Asia and Kazakhstan / SADUM) Orta Asiyada 5 ölkənin dini işlərinə, ruhanilərin yetişdirilməsi və işə təyini, məscidlərin fəaliyyəti və dini kitab və jurnalların çapı və nəşri məsələlərinə baxan rəsmi qurumdur. Qrumun mərkəzi ofisi Tacikistanın paytaxtı Duşənbə şəhərində yerləşir. /3917123

captcha