İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, 2018-ci ilin əvvəlindən 200 mindən çox suriyalı Suriyadakı evlərinə geri dönüb. O cümlədən də, 170 min qaçqın ölkə xaricindən vətəninə geri qayıdıb.
Bu haqda Suriya rəsmisi bəyan edib.
Onun sözlərinə görə, hazırda Suriyada sosial obyektlərin və infrastrukturun bərpası işləri aktivləşdirilir.
Belə ki, cari ilin 1 Yanvar tarixindən ölkənin müxtəlif rayonlarında 649 yaşayış evi, 33 tibb müəssisəsi, 47 təhsil müəssisəsi, 34 su təchizatı obyekti və 46 çörəkxana təmir edilərək istifadəyə verilib.