IQNA

Səudiyyəli qəzetçinin cəsədi İstambulda tapıldı

11:09 - October 07, 2018
Xəbər sayı: 3484011
Səudiyyə Ərəbistanından olan məşhur jurnalist, qəzet yazarı və həmçinin Ali-Səud siyasətinin tənqidçisi Camal Xaşəqçinin cəsədini İstambulun küçələrindən birində tapıblar.

Səudiyyəli qəzetçinin cəsədi İstambulda tapıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanından olan məşhur jurnalist, qəzet yazarı və həmçinin Ali-Səud siyasətinin tənqidçisi Camal Xaşəqçinin cəsədini İstambulun küçələrindən birində tapıblar.

Ərəbistan səfirliyində öldürüldüyü iddia olunan Camal Xaşəqçinin cəsədi tikə-tikə doğranıb. Onu vəhşicəsinə və işkəncə verərək öldürüblər.

Qatillər əməliyyatı yerinə yetirdiklərini sifarişçiyə sübut etmək üçün Camalın öldürülməsi səhnəsini videoya çəkərək xaricə ötürüblər.  

Türkiyə polisi onun sonuncu dəfə Səudiyyə Ərəbistanın İstambuldakı konsulluğuna girdiyini və geri qayıtmadığını iddia edib.

Məlumatda deyilir ki, türkiyəli Xədicə xanımla evlənmək üçün öncəki arvadından boşanması barədə sənələri almaq üçün konsulluğa gedən Camal Xaşəqçi geri qayıtmayıb.

Türkiyə polisi həmçinin iddia edir ki, Camal Xaşəqçi qəsdən öldürülüb. Onu konsulluğun binasında ölürüblər və cəsədini sonradan çölə çıxarıblar.

Səudiyyə Ərəbistanı bu iddianı rədd edib və cinayətin araşdırılması üçün Türkiyənin razılığı ilə İstambula istintaq qrupu göndərib.

Qeyd edək ki, Camal Xaşəqçi "əl-Vətən" qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.  

O, keçən həftənin Şənbə günü Ərəbistanın İstambuldakı konsulluğuna gedib və geri qayıtmayıb.

http://iqna.ir/fa/news/3753403

captcha