IQNA

Myanma ordusu təhsilli Arakanlı müsəlmanları hədəf alır

11:15 - June 06, 2018
Xəbər sayı: 3483280
Arakanlı müsəlmanlara qarşı təzyiq və zülmün davam etdiyi Myanmada ordunun təhsilli insanları hədəfə aldığı ortaya çıxdı. Myanma ordusu müsəlmanların savadlı kadırlarını öldürürlər.

Myanma ordusu təhsilli Arakanlı müsəlmanları hədəf alırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Arakanlı müsəlmanlara qarşı təzyiq və zülmün davam etdiyi Myanmada ordunun təhsilli insanları hədəfə aldığı ortaya çıxdı.

Myanmadakı zülmdən qaçaraq Banqladeşə sığınan Arakanlı müsəlmanlar ölkədəki hərbi əməliyyatlarda onlarla müəllimin və dini liderin təzyiq, həbs və işgəncəyə məruz qaldığını bildirib. 
 
Özü də müəllim olan Mahmud Haşim, müəllim olan qardaşının Myanma əsgərləri tərəfindən öldürüldüyünü söylədi. 
 
Mahmud Haşim bildirdi ki, əsgərlər təhsilli insanları hədəf almaqla ölkədəki zülmə və təzyiqlərə etiraz səsini ucaldan liderləri arada qaldırmaq istəyirlər. O, bunun artıq köhnə bir metod olduğunu bildirdi.
 
Qeyd edək ki, ötən ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və qətliamlar başlayıb və bunun nəticəsində minlərlə insan  öldürülüb. 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb. 
Teqlər: iqna ، myanma ، arakan ، buddistlər ، banqladeş
captcha