IQNA

Myanmada 100 il tarixi olan məscid söküldü

11:29 - January 24, 2018
Xəbər sayı: 3482684
Arakan əyalətinin Mengedu bölgəsində 100 illik tarixi olan qədim məscid Mayanma hökumətinin əmri ilə dağıdılıb.

Myanmada 100 il tarixi olan məscid söküldüBeynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Maide.Az-a istinadən xəbər verir ki, Myanmalı rəsmilər bu tarixi məscidi bölgədə yerləşən İslami əsərlərin  məhv edilməsi siyasətinin davamı kimi bilərəkdən və planlı şəkildə  dağıdıb.

Məscid Myanmada müsəlmanların sıx yaşadığı  Arakan  əyalətinin  Mengedu  şəhərində  Dargə kəndidə yerləşirdi. On illlərlə möhkəm dayanan bu məscidin  bir neçə gün öncə dağıdıldığı bildirilir.

Qeyd edək ki, Məsciddə bir neçə il öncə təmir və bərpa işləri görülmüş, divarları bərkidilmişdi. 

Xatırladaq ki, indiyədək  Myanmada 100 ildən daha çox  tarixi olan bir neçə məscid  ötən ilin Avqust ayından sonra bölgədə yaşayan müsəlmanlara qarşı hökumətin və ifratçı buddistlərin  hücumları nəticəsində dağıdılıb.

Teqlər: myanma ، mengedu ، arakan ، iqna ، quran ، müsəlman
captcha