IQNA

İstanbulda məsciddə atışma baş verib

11:50 - January 02, 2017
Xəbər sayı: 3481215
Türkiyənin İstanbul şəhərindəki məscidlərdən birində atışma baş verib. Nəticədə bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

İstanbulda məsciddə atışma baş verib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) report-a istinadla xəbər verir ki, bu barədə "Hurriyyet" məlumat yayıb.

Məlumata görə, naməlum şəxs məsciddə tüfəngdən atəş açıb. Nəticədə bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Bununla yanaşı, hücum edən şəxsin özünün də yaralandığı bildirilir.

Polis insidentin məişət zəminində baş verdiyini bildirib.

Teqlər: İstanbul ، məscid ، atışma ، quran ، İslam ، polis ، türkiyə ، iqna ، müsəlman
captcha