IQNA

Yunanıstanda "İsa ibn Məryəm Quran və İncildə" sərgisi keçirilir

8:27 - April 30, 2016
Xəbər sayı: 3480388
Tehran, 30.04.2016 – Yunanıstanın paytaxtı Atendə Ərəb dilinin hüsnxətt gözəlliyi ilə tanışlıq yönündə "Həzrət İsa ibn Məryəm (ə) Quran və İncildə" adlı sərgi keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Ehram" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, hal-hazırda Yunanıstanın paytaxtı Atendə Ərəb dilinin hüsnxətt gözəlliyi ilə tanışlıq yönündə "Həzrət İsa ibn Məryəm (ə) Quran və İncildə" adlı sərgi keçirilir.

Bu sərgi Misirin Yunandakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə təşkil olunub və Həzrət İsa Məsih (ə) barədə Quran və İncildən iqtibas olunmuş mətnlərin hüsnxətt nümunələrini ehtiva edir.

Yunanıstanın paytaxtı Atendə keçirilməkdə olan bu sərgidə xaricdə yaşayan misirli uşaqlar üçün Ərəb dilinin hüsnxətt gözəlliyi və qədim Ərəb mədəniyyəti ilə tanışlıq yönündə qısa təlim kursları da təşkil edilmişdir.

Bu sərgidə vitrinə düzülmüş əsərlər misirli incəsənət xadimi və hünsxətt ustadı Səlah Əbdül-Xaliqə məxsusdur. O, misirli xəttatlar birliyinin üzvü və "Ərəb Hüsnxətt Diplomu"na sahibdir.

Ərəb dilinin hüsnxətt gözəlliyi və qədim Ərəb mədəniyyəti ilə tanışlıq yönündə qısa təlim kurslarında isə Misirin Atendəki mədəniyyət mərkəzinin müdiri Hüseyn Mər`a tərəfindən idarə edilir.

http://iqna.ir/fa/news/3493037


Teqlər: iqna ، misr ، hüsnxətt ، yunan ، incil
captcha