İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviyanın Nalut şəhərinin Quran mərkəzlərinin Quran hifzi yarışlarında 100-dən çox qız və oğlan iştirak edib.
Bu yarışlar Liviyanın Nalut şəhərinin İslami işlər və fondlar nazirliyinin təşəbbüsü ilə "ər-Rəhmət" məscidində keçirilib.
Quran hifzi yarışları 9 ixtisas üzrə keçirilib. O cümlədən, Quranın ikinci yarısının hifzi, Quranın sonuncu dörddə bir hissəsinin hifzi, Quranın son beş cüzinin hifzi və Quranın son üç cüzinin hifzi.