IQNA

Çin müsəlmanlarının işgəncəsi qarşısında ölümcül sükut

8:04 - September 18, 2018
Xəbər sayı: 3483888
İngiltərənin “Guardian” qəzeti beynəlxalq cəmiyyətlərinin Çinin müsəlmanlara zülm etməsinin və hüquqlarını tapdalaması qarşısında sakit qalmalarından və İslam cəmiyyətlərinin passivliyindən yazıb.

Çin müsəlmanlarının işgəncəsi qarşısında ölümcül sükutİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin “The Guardian” qəzeti beynəlxalq cəmiyyətlərinin Çinin müsəlmanlara işgəncə və zülm etməsinin və hüquqlarını tapdalaması qarşısında sakit qalmalarından və İslam cəmiyyətlərinin passivliyindən yazıb.

İngiltərənin “The Guardian” qəzeti Çinin “Xinjiang” əyalətində yaşayan Uyğur müsəlmanların acınacaqlı vəziyyətindən yazaraq vurğulayır: Müsəlman ölkələri Çinin Uyğur müsəlmanlara etdiyi işgəncə və zülmün qarşısında sakit dayanıblar.

Qəzet bu məsələləri işıqlandırandan sonra beynəlxalq təşkilatların müsəlmanlara qardşı edilən zülmləri dayandırmaq üçün Çinə təzyiq göstərmələrini tələb edib.

Qəzetin yazdığına görə, eyni halda Uyğur müsəlmanlarının vəziyyəti ilə maraqlanmaq üçün beynəlxalq səviyyədə bəzi addımlar atılıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Pekindən tələb edib ki, Uyğur müsəlmanlarının vəziyyəti ilə yaxından tanış olmaq üçün beynəlxalq nəzarətçilərinin lazım olan informasiyaları əldə etməsinə şərait yaratsın.

Pekin isə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının bu istəyinin qarşılığında ölkəsinin hakimiyyətinin rəsmi şəkildə tanınmasını tələb edib.

Qeyd edək ki, Çinin şimal qərbində yerləşən Xinjiang əyalətində yaşayan Uyğur müsəlmanlarının vəziyyəti ağırdır. Onların hüquqları əllərindən alınıb. Çin polisi onların hər addımını izləyir. Dini və siyasi məsələlər barəsində istənilən bir sözü danışanı həbs edirlər. Həmçinin müsəlmanların xarici səfərləri çətinliklə başa gəlir və qayıtdıqdan sonra isə polis tərəfindən dindirilirlər.

http://iqna.ir/fa/news/3746897

گزارش***روایت گاردین از سکوت جهان اسلام در برابر شکنجه مسلمانان چین

گزارش***روایت گاردین از سکوت جهان اسلام در برابر شکنجه مسلمانان چین

گزارش***روایت گاردین از سکوت جهان اسلام در برابر شکنجه مسلمانان چین

گزارش***روایت گاردین از سکوت جهان اسلام در برابر شکنجه مسلمانان چین

گزارش***روایت گاردین از سکوت جهان اسلام در برابر شکنجه مسلمانان چین

Teqlər: iqna ، çin ، uyğur
captcha