IQNA

Müsəlman qadın İsveç parlamentinin deputatı seçilib

10:50 - September 17, 2018
Xəbər sayı: 3483883
Çox xoşbəxt olduğunu deyən 30 yaşlı Müsəlman qadın siyasətçi, açıqlamasında, gözlənilməz bir nəticə ilə qarşı-qarşıya qaldığını bildirib.

Müsəlman qadın İsveç parlamentinin deputatı seçilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yaşıllar və Ətraf Partiyasının Göteburq şəhərindəki 21-ci dövr millət vəkili namizədi müsəlman qadın Leyla Əli Əlimi, səs çoxluğu ilə deputat seçilərək parlamentə girməyi bacarıb.

İsveçin Göteburq şəhərindən Yaşıllar və Ətraf Mühit Partiyasından 21i-ci dövr millət vəkili namizədi göstərilən Somali əsilli qadın siyasətçi Leyla Əli Əlimi, səs çoxluöu ilə parlamentə daxil olma hüququ qazanıb.
 
Ölkədə 9 Sentyabrda keçirilən parlament və yerli seçkilərdə ən böyük sürprizi Somali əsilli Müsəlman qadın siyasətçi edib. O, 461 səs toplayb.
 
Çox xoşbəxt olduğunu deyən 30 yaşlı Müsəlman qadın siyasətçi, açıqlamasında, gözlənilməz bir nəticə ilə qarşı-qarşıya qaldığını bildirib.
 
Göteburqun kənar məhəlləsindəki şəhərətrafı qəsəbələrində doğulub böyüdüyünü söyləyən Əlimi, "Kənar məhəllələrin ən böyük problemini mən bilirəm. Xüsusilə təhsil və məktəblər olduqca pis vəziyyətdədir. İqtisadi və sosial vəziyyət də ürəkaçan deyil. Parlamentdə bu məsələlərin üzərində işlər görəcəyəm" deyib. /maide.az/
captcha