İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn dövləti TASUA və AŞURA günü münasibəti ilə dövlət idarələri və təşkilatlarının işçilərinə iki günlük tətil verib.
“əl-Bəhreyn” informasiya portalının yaydığı bu məlumatda deyilir ki, Bəhreyn dövlətinin baş naziri Xəlifə bin Salman cari həftənin üçüncü (Çərşənbə) və dördüncü (Cüməaxşamı) günlərini dövlət idarələri və təşkilatlarının işçilərinə Məhərrəm ayının əzadarlığı, TASUA və AŞURA günləri münasibəti ilə tətil elan edib.