IQNA

Şeyx Hüsərinin qızı atasından danışdı

11:53 - June 20, 2018
Xəbər sayı: 3483347
Ömrünü Qurani-Kərimin tilavətinə həsr edən Şeyx Hüsəri 63 yaşında vəfat etdi. Vəfatından öncə vəsiyyət etmişdi ki, sərvətinin üçdən birini xeyriyyə işləri və yetimlərə kömək üçün xərcləsinlər.

Şeyx Hüsərinin qızı atasından danışdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Yasmin Hüsəri qiraət və tərtil ilə tilavət səmasının parlaq ulduzlarından biri olan Şeyx Mahmud Xəlil Hüsərinin qızıdır. O, atası barədə danışarkən vurğuladı: Mərhum atam çox səbirli və təvazökar idi. Həmişə Qurani-Kərimin ülvi maarifindən və din təlimlərindən qaynaqlanan bir həyat tərzi yaşamağa üstünlük verirdi və bu barədə təkidlə tövsiyə edirdi.

O əlavə etdi: Atam həm də çox zəhmətkeş insan idi. Çoxlu sədəqə verər və bunu yaşatmağımızı istəyirdi. Sədəqə verərkən bunu çox təvazökarlıqla edərdi.

Xanım Yasmin deyir: Atam övladlarını çox  sevirdi. Həmişə bizə nəsihət və moziə edərdi. Quran ədəbi və əxlaqı ilə zinətlənməyimizi istəyirdi. Buna görə də Quran və sünnənin hökmlərini bizə öyrədirdi. Bizi Quran oxumağa həvəsləndirirdi. Atamın zəhmətləri sayəsində və Allahın lütfi ilə biz hamımız Quran hafizi olduq.

شیخ محمود الحصری؛ نخستین قاری قرآن در کاخ سفید

Həqiqətə çevirilən YUXU

Atamın atası, yəni babam, yuxuda görmüşdü ki, belində böyük üzüm ağacı çıxıb. Və camaat uzaqdan və yaxından gəlib bu üzüm ağacının meyvəsindən yeyirlər. Babam bu yuxunun yozumu üçün "müəbbir"lərə (yuxu təbirçisi, yuxu yozan) müraciət edir. Yuxu yozanlar deyirlər ki, əgər evdə balaca övladın varsa, ona Quranı əzbərlətdir. Sən bu uşağın hesabına Qiyamətədək xeyir və savab qazanacaqsan. Buna görə də babam evin ən kiçik uşağı olan atamı Quran hifzi dərslərinə yönəldir.

شیخ محمود الحصری؛ نخستین قاری قرآن در کاخ سفید

Yasmin Hüsəri vurğulayır: Atam həmişə bizə vəsiyyət edirdi ki, Quran yaşam tərzidir, təkcə hifz etmək və əzbərləmək üçün deyil və biz gərək ona əməl edək. Gərək əxlaqımız Quran təlimlərinə uyğun olsun.

شیخ محمود الحصری؛ نخستین قاری قرآن در کاخ سفید

O, atasının "hüsəri" ləqəbi ilə məşhurlaşması barədə deyir: Atamın məşğuliyyətlərindən biri də məscid və məclisləri "həsir" ilə döşəmək idi. Buna görə də atama "hüsəri" deyirdilər.  

شیخ محمود الحصری؛ نخستین قاری قرآن در کاخ سفید

Qeyd edək ki, Şeyx Mahmud Hüsəri İslam dünyasının məşhur qarilərindən biridir. O, 1917-ci ildə Misrin Ğəribiyyə əyalətinin Tənta şəhərinin "Şübra-Nəmlə" kəndində anadan olmuşdur. 8 yaşında ikən Qurani-Kərimi hifz edib. Quran tilavəti Misr radiosundan yayılan ilk qaridir. Həmçinin Amerikada Ağ Evin konqresində Quran tilavət edən ilk şəxsdir.

شیخ محمود الحصری؛ نخستین قاری قرآن در کاخ سفید

Bütün ömrünü Qurani-Kəriminn tilavətinə və tədrisinə həsr edən Şeyx Mahmud Hüsəri 63 yaşında vəfat etdi. Vəfatından öncə vəsiyyət etmişdi ki, sərvətinin üçdən birini xeyriyyə işləri, yetimlərə kömək və uşaqların Quran hifzi üçün xərcləsinlər.

http://iqna.ir/fa/news/3723927

captcha