İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisdə Yeddindi hicri-qəməri əsrində yaşamış İtaliyalı (Əndəlus) məşhur xəttat İbn Ğətusa nisbət verilən üçüncü tarixi əlyazma Quran nüsxəsi tapıldı. Bu barədə Tunisin milli kitabxanasının informasiya portalı məlumat yayıb.
Tunisin milli kitabxanası elan edib ki, yeni kəşf edilmiş bu Quran nüsxəsi 9 yüz ilə öncə yazılmışdır. Elmi hesablamalara görə, bu nüsxə altı ay ərzində kitabət edilmişdir.
Milli kitabxananın əlyazmalar bölməsinin ərisi Şakir Adil Kəşk nüsxə barədə deyib: Bu nüsxə Mərakeş hüsnxətti və qəhvəyi rəngli mürəkkəblə dəri üzərinə yazılmışdır. Nüsxədəki təşdid və sükun əlamətləri sarı rənglə və digər əlamətlər qırmızı rənglə işarələnmişdir. Həmzə isə narıncı rəngdə yazılmışdır. Səhifələrin haşiyəsində dairəvi xətlər vardır. Hizbləri göstərən həndəsi fiqurlar gözəl bəzədilmişdir. Nüsxənin katibi öz adını və yazılma tarixini sonuncu səhifədə qızılı rənglə yazıb. Başqa birisi isə bizə məlum olmyan səbəbdən çalışıb ki, nüsxənin katibi olan İbn Ğətusun adını qara mürəkkəblə rəngələyərək pozsun.
Şakir Adil Kəşk milli kitabxanada İbn Ğətusa aid digər iki nüsxənin də olduğuna işarə edərək dedi: Bu müshəf Əndəlusi xətlə gözəl və cazibəli yazılmışdır ki, daha çox Kufi xəttinə oxşarlığı vardır. Və əvvəlki iki nüsxə bu nüsxəyə nisbətdə bir az böyükdürlər. Və bu məsələ üçüncü nüsxənin bəzədilməsi və təhzibini çətinləşdirib.
Qedy edək ki, Məhəmmdə ibn Abdullah ibn Ğətusun (vf. 610 hq/1213 m) yazdığı bu nüsxə cari ilin Fevral ayında kəşf edilərək Tunisin milli kitabxanasına təhvil verilib.
Tarixi mənbələrin İbn Ğətus barədə verdiyi məlumata görə, onun gözəl xəttatlıq bacarığı olub və 500 nüsxə Quran kitabət etmişdir.