İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ərəbistanın milli məclisinin 25 üzvünün təklif etdiyi layihəyə əsasən bu ölkənin böyük şəhərlərində İŞA namazının Azan və İqaməsinin iki saatlıq gecikmə və təxir məsələsi müzakirə ediləcək.
Ərəbistanın “ər-Riyaz” qəzetinin yazdığına görə, vəhabi əqidəsi ilə idarə edilən Səudiyyə parlamentinin İslami işlər komissiyası bu ölkənin böyük şəhərlərində İŞA namazının Azan və İqaməsinin iki saatlıq gecikmə və təxir məsələsini müzakirə edəcək. Əgər bu layihə qəbul edilərsə, İŞA namazının Azanı Məğrib namazından iki sonra veriləcək.
Ərəbistan məclisi bu məsələni camaatın iş saatında əziyyətə düşməməsi, Məğrib və İŞA namazları arasında iş yerini tərk edib və yenidən işə qayıtmaq çətin olduğu üçün və İŞA azanı ilə iş saatını sona çatdırmaq hədəfi ilə müzakirəyə çıxardıb.
Səudiyyənin cavan vəliəhdi Məhəmməd Salman isə azan vaxtlarında iş yerlərinin, xüsusi ilə də dükan və mağazaların bağlanmaması təklifi ilə çıxış edib.