IQNA

Texas universiteti dini mütəfəkkirlərin böyük toplantısına evsahibliyi edəcək

8:05 - March 17, 2018
Xəbər sayı: 3482915
Amerikanın Texas əyalətinin San Antonio şəhərinin Sent-mari universiteti dini mütəfəkkirlərin böyük toplantısına evsahibliyi edəcək.

Texas universiteti dini mütəfəkkirlərin böyük toplantısına evsahibliyi edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “stmarytx.edu” informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Texas əyalətinin San Antonio şəhərinin Sent-mari universiteti dini mütəfəkkirlərin böyük toplantısına evsahibliyi edəcək.

Bu toplantı “Elm əsrinin hilalı, müsəlmanların din və elm barəsində fikirləri” adı proqram çərçivəsində cari ayın 21-də (Mart 2018), yerli vaxtla saat 19:00-da Amerika və Latın Amerikasının dini rəhbərləri və mütəfəkkirlərinin iştirakı ilə keçiriləcəkdir.

Bu proqramda iştirak edən Süleyman Həmid (müsəlman cəmiyyətlərində elmi araşdırmalar mərkəzinin direktoru) “modern elmlər və dinin rabitəsi” mövzusunda çıxış edəcəkdir.

Masaçuset əyalətinin Hampshire kollecinin elmlər ustadı olan Süleyman Həmid bu çıxışında müsəlman cəmiyyətlərində müasir elmlərin qəbul edilməsi barədə danışacaqdır.   

http://iqna.ir/fa/news/3699899

Teqlər: iqna ، İslam ، modernizm ، texas
captcha